Naxçıvan-bu ad bizə nədən bu qədər doğmadır?. Cavab sadədir-ümummilli lider, unudulmaz şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin eli-obası, ata ocağı Naxçıvan. Tarixi keçmişi, bu günü, gələcəyi hər zaman Azərbaycanla anılan bir diyar. Tarixi zəngin, ərazi baxımından geniş bir yurd. Muxtar Respublikanın əhalisi müstəqil Azərbaycanın qurulması, möhkəmləndirilməsi işinə öz töhfəsini vermiş, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər Əliyevin Respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir. Naxçıvan Muxtar Respublikası 1920-1923-cü illərdə Naxçıvan Sovet Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Sovet sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası - Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. İnzibati mərkəzi Naxçıvan şəhəri. Ən böyük şəhərləri Culfa, Ordubad, Şərurdur. Baş naziri Səbuhi Məmmədov, Ali Məclisin sədri isə Vasif Talıbovdur. Coğrafi sahəsi və tarixi qədimdir. Çox gözəl adət-ənənələri olan bir diyardir. Son dərəcədə qonaqpərvər insanları, mədəni əlaqələri mövcuddur. Mədəniyyət şəhəri ədəbiyyat incilərini özündə gizlədən bir diyarımızdır.Azərbaycan şifahi xalq ədəbiyyatında Naxçıvan motivləri əhəmiyyətli yer tutur. Həmçinin, "Kitabi Dədə Qorqud” dastanındakı motivlər son dərəcə maraqlıdır. Eləcə də ədəbiyyatın bütün janrları təmsil olunmuşdur. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və sair yazarlarımızın yaradıcılığı buna nümunədir. XX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəlləri Azərbaycanda, o cümlədən Naxçıvanda ictimai - siyasi hadisələrin ən kəskin dövrü kimi tarixə düşmüşdür. Sovet imperiyasının rəhbərliyinin Azərbaycanın maraqlarına zidd hərəkətləri, həmçinin ermənilərin Naxçıvana ərazi iddiaları və sərhəddə gərginlik yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir. Belə bir dövrdə xalqın xilaskar oğlu ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 20-də Bakıya, iyulun 22-də doğulduğu Naxçıvana qayıtması məhz Muxtar Respublikanın həyatına öz müsbət nəticəsini vermişdir. Həmin ilin 30 sentyabrında o, Naxçıvan MSSR deputatlığına seçilmişdir. 1990-cı il 17noyabr tarixli 12 çağırış Naxçıvan MSSR-in ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə baş tutmuşdur.Heydər Əliyevin səmərəli və məqsədyönlü siyasətinin Naxçıvan dövründə məhz ən uğurlu cəhətlərindən biri də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı verdiyi fərman olmuşdur. 1992-ci ildə Araz çayı üzərində Ümid körpüsünün açılması Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı və möhkəmləndirilməsi işinə öz töhfəsini vermişdir. Səbəbsiz deyil ki, 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik edən Ulu Öndərin Naxçıvan üçün və ümumilikdə siyasi arenamız üçün əhəmiyyəti bu gün də xatırlanır.Ülviyyə Əhmədova,Xocalı rayon gənci